Onlar öz həyatlarını riskə ataraq qəzalı binalardan yük daşıyırdılar

Onlar öz həyatlarını riskə ataraq qəzalı binalardan yük daşıyırdılar backend

Kameralara ürəkdağlayan kadrlar düşüb

Hatayda baş verən zəlzələdən sağ çıxanlar bütün xəbərdarlıqlara baxmayaraq, həyatlarını riskə ataraq qəzalı binalardan yük daşıyıblar. Zəlzələdən sağ çıxanlardan biri “Qorxuruq, amma təəssüf ki, bunu etməliyik, çünki əlimizdə heç nə qalmayıb”, digər zəlzələdən sağ çıxan isə “Risksiz heç nə yoxdur, məcburuq bu riski etməyə”-,deyib.

Malatyada 5,6 bal gücündə zəlzələ nəticəsində 1 nəfər ölüb, 110 nəfər yaralanıb. Bildirilib ki, zəlzələ nəticəsində dağıntılar altında qalanların çoxu bütün xəbərdarlıqlara baxmayaraq, ciddi ziyan dəymiş binalarından yük daşıyan insanlardır.

Hatayda kameralar zəlzələdən sağ çıxanların gün ərzində qəzalı binalardan əşya daşıdığını əks etdirirdi. Ağır ziyan dəymiş evlərinə soxulanlar az qala həyatlarını riskə ataraq əşyalarını içəri gətirib maşınlara yükləyiblər. Ürək parçalayan görüntülər kameralara əks olunub.

Antakya-Kuzutəpə-Məhəlləsindəki qəzalı binadan əşyalarını çıxarmağa çalışan zəlzələdən sağ çıxan şəxs: “Düzdür risk edirik, amma bizi başa düşmək çətin deyil”,-deyib.

Oxşar şəkillər Antakyanın mərkəzində də çəkilib. Evindən əşyalarını götürməyə çalışan Yusel Ezer: “Kənddə çadırda yaşayırıq. Demək olar ki, hər şey 15-20 günə həll olundu. Evi köçürə bilmədik. Kəndə gedirik, yenə çadırda yaşayacağıq. Normalda bizə deyirdilər ki, bina cüzi dağılıb, amma ikinci zəlzələdən sonra çox dağıntılar olub. Hər şeyimizi itirəndə şansımızdan istifadə etməli olduq. Əlbəttə qorxuruq. Qorxu ilə girdik ama heyf ki, hec nə qalmayıb. Dövlət bizə gələcəkdə ev verəcək. Artıq o vaxt yaşayışımız düzələcək."-deyib.

QAZİLER.AZ

Diaspora