Hətta 2 il əvvəl yararsız kimi qeydiyyata alınıb
Kahramanmaraşda 52 illik Dəftərxana Xidməti Binası dağılmadı. Lakin ətrafdakı bütün binalar dağılıb yerlə yeksan olmuşdu.
Dulkadiroğlu əyalətində Trabzon qəsəbəsində 1970-ci ildə inşa olunan bina 2 il əvvəl yararsız kimi qeydiyyata alınıb sökülmək üçün boşaldılıbmış.
Zəlzələdən sonra baxış keçirilərkən binanın ağır zədələndiyi və bir neçə yerdən çatladığı məlum olub. Bundan sonra bu binanın da dağıdılması bildirilib.
Zərərçəkmiş Mehmet Nedirli bildirir ki, savaçdan çıxmış bir haldayıq, məmurlar lazım olan tədbirləri vaxtında görməlidirlər. Artıq göydələnlərə ehtiyac yoxdu, 3-4 mərtəbəli binalar tikilsin ki, vətəndaşlar təhlükəsiz yaşasınlar.
QAZİLER.AZ