Yeni 5,6 bal gücündə zəlzələ ilə sarsılan Malatyada binalar uçub. 6 mərtəbəli binanın çökmə anı mobil telefonun kamerasına əks olunub.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyənin 11 vilayətində böyük dağıntıya və çox sayda insan tələfatına səbəb olan Kahramanmaraş mərkəzli 7,7 və 7,6 bal gücündə iki zəlzələdə böyük dağıntıya səbəb olan Malatyada bu gün daha 5,6 bal gücündə zəlzələ baş verib.
Bu gün 25-ə yaxın binanın dağıldığı zəlzələdən sonra 1 nəfərin öldüyü, 69 nəfərin yaralandığı açıqlanıb.
Dağıntılar altında qalanların axtarış-xilasetmə işlərinin davam etdiyi şəhərdə Temelli küçəsindəki 6 mərtəbəli binanın yerlə-yeksan edildiyi anlar kameraya əks olunub.
Digər tərəfdən şəhərin ən gur yerlərindən biri olan Soykan meydanında kafenin çökməsi də kameraya əks olunub.
QAZİLER.AZ