Qazaxıstan Rusiyadakı ticarət nümayəndəliyini bağlayıb

Qazaxıstan Rusiyadakı ticarət nümayəndəliyini bağlayıb backend

Qazaxıstan Rusiyadakı ticarət nümayəndəliyini bağlamaq qərarına gəlib. Nümayəndəlik 2009-cu ildə açılmışdı.

Qaziler.az bildirir ki, bu barədə  Qazaxıstan hökuməti fərman imzalayıb.

“Qazaxıstan Respublikası Hökuməti qərara alır: Qazaxıstan Respublikası Ticarət və İnteqrasiya Nazirliyinin Qazaxıstan Respublikasının Rusiya Federasiyasındakı dövlət ticarət nümayəndəliyi ləğv edilsin”, - məlumatda deyilir.

Bildirək ki, Rusiya və Qazaxıstan 1992-ci ildə qarşılıqlı ticarət nümayəndəliklərinin açılması haqqında saziş imzalayıblar. Qazaxıstanın Moskvadakı nümayəndəliyi 2009-cu ildə fəaliyyətə başlayıb, Kazanda isə daha bir nümayəndəlik fəaliyyət göstərir.

 

Diaspora