Rusiya qoşunları bu gecə, fevralın 27-də İranın kamikadze pilotsuz təyyarələrinin köməyi ilə Xmelnitskiyə hücum edib. Gecəboyu mumilikdə üç hücum olub.
Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə Xmelnitski meri Aleksandr Simçişin Teleqram kanalında xəbər verir.
"Xmelnitskiyə növbəti kütləvi terror hücumu. Bu dəfə düşmən PUA-dan istifadə edib. Hazırda bir ölü və 4 yaralının olduğu məlumdur", - Xmelnitski meri deyib.
Onun sözlərinə görə, hücum nəticəsində bir sıra binalara, o cümlədən yaşayış binalarına ciddi ziyan dəyib, “uçuşlar”in yerində yanğının söndürülməsi davam edir.
QAZİLER.AZ