İtki və dağıntı haqda məoumat yoxdu
Türkiyədə yenidən zəlzələ olub. Bu dəfə Niğde bölgəsinin Bor rayonunda və Kahramanmaraşda 5.3 və 5.6 bal gücündə dərinliyi 7 km olan zəlzələ qeydə alınıb.
Zəlzələ sakinlər arasında təşviş yaradıb. Vətəndaşlar yaşayış yerlərini tərk edərək dərhal küçələrə çıxıblar. Bu haqda Türkiyə mətbuatı AFAD-a istinadən məlumat yayıb.
Seysmoloqların verdikləri məlumata görə fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdən sonra yeraltı təkanların sayı artmaqdadır. Hətta gün ərzində 100-150 dəfə təkanlar qeydə alınır.
AFAD itki və dağıntılar haqda əlavə məlumat açıqlamayıb.