Ölü sayı hələ də məlum deyil
Hatayın Antakya rayonunda yüzlərlə insanın ölümünə səbəb olan 250 mənzildən ibarət Renesans Rezidence binasının qalıqları tikinti texnikası vasitəsilə çıxarılıb.
Kahramanmaraş zəlzələsindən zərər çəkən Hatayda Antakyanın Ekinci məhəlləsində 2013-cü ildə inşa edilən və “Səmadan bir guşə" şüarı ilə satılan 12 mərtəbəli “Renessans” yaşayış binası da dağılıb.
Cəmi 250 mənzildən ibarət iqamətgahda yüzlərlə insan həlak olub. “Hatayspor”un futbolçusu Kristian Atsu, milli həndbolçu Camal Kütahya və oğlunun öldüyü evin podratçısı Mehmet Yaşar Coşkun İstanbul hava limanında saxlanılaraq həbs edilib.
Axtarış zamanı onun üzərində 10200 avro tapıblar. Hətta podratçısı olduğu binanın reklamını çəkdirərkən binanın təhlükəsizlik qaydalarına cavab verdiyini xüsusi qeyd etdiribmiş. Amma əslində ortada hələ də ölü sayının tam bilinmədiyi bu gün isə o iqamətgahın yerində qalan ağır inşaat texnikası ilə daşınan qalıqlar var..
QAZİLƏR.AZ