Zəlzələ və Ukrayna-Rusiya arasındakı münasibət müzakirə olunub
Prezident Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski telefonla danışıb. Danışıq zamanı zəlzələlər və Ukrayna müharibəsi ilə bağlı hadisələr müzakirə olunub.
Bu haqda Prezidentin Kommunikasiyalar Şöbəsindən verilən məlumata görə, iclasda Türkiyədə baş verən zəlzələlər və bir ildir davam edən Rusiya-Ukrayna müharibəsi ətrafında baş verənlər müzakirə edilib. Prezident Ərdoğan zəlzələ ilə bağlı Türkiyə ilə həmrəylik nümayiş etdirdiyi üçün Ukrayna prezidenti Zelenskiyə təşəkkür edib.
Dövlət başçısı bildirib ki, bir il davam edən Rusiya-Ukrayna müharibəsində atəşkəs və danışıqlar yolu ilə həllinə və sülhün bərqərar olmasına hər cür yardım etməyə hazırdılar.
QAZİLER.AZ