İki övladının məzarına üşüməsinlər deyə palto qoydu - Qızım çox üşüyən idi - FOTO - VİDEO

İki övladının məzarına üşüməsinlər deyə palto qoydu -  Qızım çox üşüyən idi - FOTO - VİDEO backend

Zəlzələdən ən çox zərər çəkən Nurdağı rayonunda iki uşağını itirən ata hər gün məzarlarını ziyarət edir.

Qaziler.az Türkiyə KİV-ə istinadən bildirir ki,  Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə iki zəlzələ Qaziantepin Nurdağı rayonunda dağıntılara səbəb olub.

Rayondan 4 kilometr aralıda yerləşən 200 evli Gökçedere Məhəlləsində bir çox ev dağıdılıb, fay xəttinin keçdiyi qəbiristanlıqdakı bəzi qəbirlər ikiyə bölünüb.

Həmin kənddə 70 nəfər həyatını itirib. Çatların 2 metrə yaxın olduğu məhəllədə yaşayan Ümit Kaçakçı zəlzələdə 11 yaşlı qızı Elif və 16 yaşlı Bilalı itirib.

Ümit Kaçakçı həyat yoldaşı Zeynep Kaçakçının dağıntılar altından sağ çıxarıldığını bildirərək, bunları deyib:

"Səhər dağıtılar altındana Elif və Bilalı çıxardıq, amma ikisi də öldü. Hər iki övladımı dəfn etdim. Həmin gün qohumlarımız arasında olan eyni soyadlı 28 nəfəri dəfn etdik.  Allah heç kimə o günü yaşatmasın. Allah heç kəsi övladı ilə imtahan etməsin. Hər gün gəlib övladlarımın məzarını ziyarət edirəm. Böyük dərddir, övladlarımın ağrısı ilə necə yaşayacağımı bilmirəm. Qızım çox üşüyürdü, üşüməsin deyə anası məzarının üstünə paltosunu sərdi. Oğlum da qara köynəyini çox sevirdi. İndi gəlib uşaqlarımızın yerinə qəbiristanlıqda qalan paltarları oxşayıb ağlayırıq".

QAZİLER.AZ

 

Diaspora