Ukraynaya genişmiqyaslı işğalın başlamasından bir il keçməsinə baxmayaraq, rusiyalı diktator Vladimir Putin hələ də Kiyevi işğal etmək ümidini itirmir.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski BBC-yə müsahibəsində deyib.
Zelenski Kiyevin hələ də təhlükə altında olub-olmadığı haqda suala cavab olaraq bildirib: "Düşünürəm ki, prezident Putin hələ də Kiyevi işğal etmək istəyir. Lakin onların ideyaları, missiyası və ümidləri bütün Ukraynanı əhatə edir: beləliklə, biz müstəqilliyimizi və suverenliyimizi itirək. Ona görə də məncə, hamı başa düşdü: əgər paytaxtı zəbt edə bilmirsənsə, Kiyevi tuta bilmirsənsə, Ukraynanı da işğal edə bilməzsən”.
QAZİLER.AZ