Keçmiş millət vəkili evində ölü tapıldı

Keçmiş millət vəkili evində ölü tapıldı backend

Onun ölümünə səbəb infarkt olub

Demokratik Solçular Partiyasının keçmiş millət vəkili Osman Kılıçdan xəbər ala bilməyən yaxınları onun yaşadığı  Akşemsettin məhəlləsində Alperen küçəsindəki evinə gedib. 68 yaşlı Osman Kılıçı burada hərəkətsiz vəziyyətdə tapan yaxınları bu haqda polis və təcili tibbi yardıma xəbər veriblər.

Hadisə yerinə gələn təcili yardım həkimləri Kılıçın öldüyünü bildiriblər. Ölüm səbəbinin infarkt olduğu öyrənilib. Məhkəmədən sonra sabiq deputatın meyiti morqa aparılıb.

Deputatın dostu Ramazan Kayuk “Uzun müddətdir dostumdur, bir yerdə işləmişik. Hamımıza başsağlığı verirəm, məkanı cənnət olsun. Allah rəhmət eləsin. Onun cənazəsi sabah Sultan Əhməd məscidində günorta namazı qılındıqdan sonra dəfn olunacaq. Biz çox dəyərli dostumuzu itirdik, ağrımız böyükdür”,-deyə, mərhumun ailəsinə başsağlığı verib.

QAZİLER.AZ

Diaspora