Rusiyanın birinci prezidenti Boris Yeltsenin kürəkəninin keçmiş biznes ortağı Moskva vilayətindəki evində ölü tapılıb.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində iri neft oliqarxı olan Vyaçeslav Rovneyko Moskva yaxınlığında, Odintsovo rayonundakı evində ölü tapılıb.
59 yaşlı oliqarx saat 23.00 radələrində Rublevo-Uspenskoye şossesində yerləşən bağ evində huşsuz vəziyyətdə tapılıb. Onu xilas etmək mümkün olmayıb.
Bildirilib ki, Rovneykonun ölümündə heç bir cinayət izi yoxdur.
QAZİLER.AZ
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
