Helikopter eniş edərkən qəza baş verib
İranın gənclər və idman naziri Həmid Sekkadi və müşaviri İsmayıl Əhmədinin olduğu helikopter İranın Kirman əyalətinin Baft şəhərində qəzaya uğrayıb. İran Mülki Aviasiya Təşkilatının prezidenti Məhəmməd Məhəmmədi Baxış verdiyi açıqlamada qəzanın helikopterin eniş etmək istəyərkən baş verdiyini bildib. Həmçinin qeyd edib ki, İranın Qızıl Aypara Cəmiyyətinə məxsus helikopterdə gənclər və idman naziri, onu müşayiət edən şəxslər olub.
Qəzada gənclər və idman nazirinin müşaviri İsmayıl Əhmədi həyatını itirib. Daha 15 nəfər yaralanıb, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.
QAZİLƏR.AZ