Hələlik itkilər barədə açıqlama verilməyib
Türkiyənin Hatay vilayətində növbəti zəlzələ baş verib. 5 bal gücündə təkan seysmoloqlar tərəfindən 9,76 km dərinlikdə qeydə alınıb. Bu barədə Fəlakətlər və Fövqəladə Halların İdarə Olunması İdarəsinə istinadən xəbər verilib.
Zəlzələ fevralın 23-ü cümə axşamı saat 18:53 radələrində Hatayın Defne bölgəsində baş verib. Dağıntı və tələfatla bağlı hələlik məlumat daxil olmayıb.
Xatırladaq ki, Türkiyədə ilk zəlzələ fevralın 6-da baş verib. Onlardan biri ölkə tarixində ən böyüyü oldu. Bundan sonra artıq 8,5 mindən çox təkan qeydə alınıb. Son rəsmi məlumata görə, ümumilikdə 43,5 mindən çox insan təbii fəlakətin qurbanı olub.
Bundan əvvəl fizika-riyaziyyat elmləri doktoru Pulinets Türkiyədə təkrarlanan zəlzələlərin vaxtını açıqlamışdı. O, sonrakı iki həftə ərzində zəlzələlərin davam edəcəyini xəbərdar edib.
QAZİLER.AZ