Biz uşaqları sevindirməyə çalışırdıq
Kahramanmaraşda baş verən zəlzələdən sonra bir çox məşhur sənət adamları, tanınmışlar zərərçəkmişləri ziyarət edirlər. Tanınmış repet Sefo da Ahbap Dərnəyi Başçısı Haluk Ləvəntin köməkliyi ilə zəlzələ bölgəsində zərərçəkmişlərlə görüşdüyünü bildirib.
Sefo:"Axşama geri qayıdacaqdım, amma vəziyyətin nə yerdə olduğunu öz gözlərimlə gördüm və 3 gün qaldım", deyə paylaşım edib.
"Fatih Altaylı ilə Bire Bir" verilişində qonaq olan Sefo Aleyna Tilki ilə zəlzələ bölgəsində gördüklərini danışarkən qeyd edib ki, biz fəlakətimizin baş verdiyi ərazidə uşaqları sevindirməyə çalışırdıq, vəziyyət təsəvvür etdiyimizdən ağırdır.
QAZİLER.AZ