Dağılmış binaların qalıqları ərazidən daşınır
Türkiyədə fevralın 6-da episentri Kahramanmaraş olan 7.6 və 7.7 bal gücündə baş verən zəlzələlərdə minlərlə bina uçdu, sakinlər dağıntılar altında qaldı. Artıq bəzi ərazilərdə dağıntılar altında qalanların axtarış-xilasetmə işləri sona çatıb.
Hazırda dağılmış binaların qalıqları- tikinti materialları təmizlənərək ərazidən çıxarılıb xüsusi ayrılmış sahəyə daşınır.
Xatırladaq ki, fevralın 20-də Hatayın Defne və Samandağ ərazilərində 6.4 və 5.8 bal gücündə zəlzələ baş verdi. Bu zəlzələdə də xeyli binaya zərər dəydi. Binalarda yaşayış üçün təhlükə yaradan çatlar əmələ gəldi.
Tezliklə yenidən inşaat işlərinə başlamaq üçün ölkədə özəl və dövlət idarələrinə məxsus bütün iri texnikalar dağıntı qalıqlarının təmizlənməsinə sövq edilib.
QAZİLER.AZ