Avtobus yük maşınıyla toqquşdu
Hatayda zəlzələdən zərərçəkmiş tələbələri yataqxanaya daşıyan avtobus qəzaya uğrayıb. Beləki, avtobus kömür daşıyan iritutumlu yük maşınıyla toqquşaraq aşıb. Müəllimə Hənifə Şahin, tələbə Merve Genc həyatını itirib. Daha 6 nəfər yaralanıb. Yaralılardan 2 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.
Verilən məlumata görə, Hatayın İsgenderun və Antakya bölgəsindən tələbələr olan avtobusda sürücü daxil 47 nəfər olub. Hadisə yerinə dərhal xeyli sayda təcili tibbi yardım və polis gəlib. Yaralılar Adana xəstəxanasına yerləşdirilib.
QAZİLER.AZ