Türkiyədə baş verən zəlzələdən sonra bölgəyə gələrək axtarış-xilasetmə işlərinə başlayan israilli xilasedicilər ölkələrinə geri döndükdən sonra tədbirdə çıxış ediblər.
Qaziler.az xəbər verir ki, tədbirdə İsrailin Baş naziri Binyamin Netanyahu və Türkiyənin İsraildəki səfiri Şakir Özkan Torunlar da iştirak edib, xilasedicilərə təşəkkürlərini bildiriblər.
Daha sonra çıxış edən xilasedici qrupun komandiri Golan Vach türk xalqının qonaqpərvərliyindən danışıb:
“Bizə güvəndiklərini söylədilər və kömək istədilər. Hər kəs dilimizi anlayırdı. Əslində sevginin və həyat qurtarmağın dili budur”.
Xilasedicilərdən Hila Levi isə bunları paylaşıb: “Türklər möhtəşəm insanlardır. Zəlzələdən dolayı verəcək şeyləri az olmasına baxmayaraq, cömərd davrandılar. Bu, özlüyündə təqdirəlayiqdir. Ümid edirəm ki, güclü olacaqlar, biz hamımız onların yanındayıq və onları dəstəkləyirik”.
QAZİLER.AZ