Tacikistanda bir gündə dördüncü güclü zəlzələ baş verib

Tacikistanda bir gündə dördüncü  güclü zəlzələ baş verib backend

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Təcrübə-Metodik Ekspedisiyası seysmik stansiyalar şəbəkəsi Astana vaxtı ilə saat 14:01-də (Bakı vaxtı ilə 12:01-də) zəlzələ qeydə alıb.

Zəlzələnin episentri Tacikistan ərazisində, Almatı şəhərindən 606 kilometr cənub-qərbdə, Çinlə sərhəd yaxınlığında yerləşib.

15 kilometr dərinlikdə baş verən zəlzələnin maqnitudası 5 bal gücündə olub.

Günün əvvəlindən bu, Tacikistanda qeydə alınan dördüncü zəlzələdir.

Onlardan birincisi 7 bal gücündə Almatı və Çimkənddə hiss olunub.

Növbəti təkanlar 5,6 və 5,7 bal gücündə qeydə alınıblar. 

Qeyd edək ki, bu gün Tacikistanda 6,8 bal, Qazaxıstanın şərqində 4,1 bal gücündə zəlzələ baş verib.

Mənbə: Sputnik Qazaxıstan

Diaspora