Türkiyədə həbslər davam edir... Media nəzarətdədir...

Türkiyədə həbslər davam edir... Media nəzarətdədir... backend

Təhlükəsizlik Baş İdarəsinin məlumatı açıqlandı

Təhlükəsizlik Baş İdarəsinin (EGM) məlumatına görə, zəlzələ ilə bağlı təxribat xarakterli paylaşımlar etməkdə ittiham edilərək saxlanılan şübhəlilərin sayı 134 nəfərə çatıb.

Növbədənkənar iclasda verilən yazılı açıqlamada virtual patrul fəaliyyətinin İnternetdə Kibercinayətkarlıqla Mübarizə Rəyasət Heyəti tərəfindən həyata keçirdiyi iclas zamanı bildirilib ki,  6 fevral 2023-cü ildə 7,7 bal gücündə zəlzələ baş verib. Episentri Kahramanmaraşın Pazarcık rayonunda olan zəlzələ qonşu vilayətlərdə də hiss olunub. Davam edən araşdırmalar çərçivəsində sosial şəbəkələr vasitəsilə yardıma müraciət edən vətəndaşlarımızın ünvanları və yerləri dərhal müəyyən edilərək aidiyyəti şöbələrə yönləndirilib.

Fürsətdən istifadə edərək panika və qorxu yaratmaq məqsədilə sosial şəbəkələrdə zəlzələlərlə bağlı təxribat xarakterli yazılar yerləşdirdiyi iddia edilən 925 akkaunt rəhbəri müəyyən edilərək aidiyyəti bölmələrə göndərilib, 548 nəfər barəsində cinayət işi açılıb.  Baş Prokurorluqdan daxil olmuş göstərişlərə uyğun olaraq 134 nəfər saxlanılıb, 25 nəfər həbs edilib.

Bildirilib ki, zəlzələdən zərərçəkənlərə yardım etmək istəyənlərin xoş niyyətindən sui-istifadə etmək məqsədilə yaradılan 81 saxta sayt bağlanıb: “Vətəndaşlardan rəsmi şəxslərin adları ilə pul tələb edən 15 sosial media hesabı ilə bağlı lazımi tədbirlər görülüb, 6 kripto aktiv pul kisəsi ünvanı müəyyən edilib və pul kisələri dondurulub.

QAZİLER.AZ

Diaspora