Sakinlər təşviş içində o anları telefon kamerasıyla çəkiblər
Diyarbəkirin Bağlar rayonunda 10 mərtəbəli bina yoxlama ərəfəsində çöküb. Ətrafda olan vətəndaşlar bu an təşviş içində olsalar da telefon kamerasına o anları çəkə biliblər.
Kahramanmaraşın zəlzələdən zərər çəkmiş şəhərlərindən biri olan Diyarbəkirdə 1-i boş olmaqla 7 binanın söküldüyü, ümumiyyətlə ağır ziyan dəymiş binaların söküntüsü davam edir. Mövlana Halit Mahallesi, Cengizler Sokak'ta 10 mərtəbəli bina nəzarətli söküntü işləri zamanı çöküb. Dağılma zamanı ətrafı toz buludu bürüdü. Bu anlar mobil telefonun kamerasına əks olunub. Binanın qalıqları yük maşınlarına yüklənərək qazıntı sahəsinə aparılıb.
Zəlzələdən sonra yaxın rayonlarda bütün yaşayış binalarına ciddi zərər dəyib. Hətta dağılmayan binalarda belə yaşamaq təhlükəlidir. Çünki bütün binalarda dərin çatlar əmələ gəlib.
QAZİLER.AZ