Kahramanmaraşda 60 yaşlı şəxs ailəsini itirdikdən sonra zəlzələdən zərərçəkənlərə kömək etməyə qaçıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, əsrin fəlakətində 2 övladı da daxil olmaqla 5 ailə üzvünü itirən 60 yaşlı kişi: "Ağlamaq çarə deyil" deyərək fəlakət bölgəsinə yardıma gedib.
Elbistan rayonunda ikinci zəlzələnin mərkəzi olan Ekinözü rayonunda 5 uşaq atası, 60 yaşlı Hüseyn Keskin 2 uşağını, himayəsinə götürdüyü qardaşı oğlunu və valideynlərini itirib.
Keskinin həyat yoldaşı və 3 uşağı dağılan evdən yaralanaraq müalicə üçün İstanbula aparılıb.
Çox acılar yaşayan ata Keskin zəlzələ qurbanlarının cəsədlərini dəfn etdikdən sonra könüllü olaraq zəlzələdə zərər çəkənlə kömək etməyə başlayıb.
Elbistan rayonunda çadırlarda qalan zəlzələ qurbanlarına hər gün şorba paylayan Keskin, kədərinə baxmayaraq vətəndaşlara kömək etməyə çalışdığını qeyd edib.
Ata Hüseyn Keskin bunları dedi:
Hər şeyi itirmişəm, amma burada vətəndaşlara kömək etməyə çalışıram. Ağlamaq fayda, çarə deyil. Bir az da olsa kömək edə bilsəm şad olaram. Mən hər zaman buradayam, vətəndaşlara xidmət etməyə çalışıram. evi Evim ağıdılıb, xanımın beli sınıb, digər uşaqlarım isə yaralanıb. Dövlətimiz onu İstanbula apardı. Allah dövlətimizi qorusun. İstanbulda onlara baxırlar".
QAZİLER.AZ