Almaniya kəşfiyyatı: “Rusiya daha bir milyon insanı səfərbər edə bilər”

Almaniya kəşfiyyatı: “Rusiya daha bir milyon insanı səfərbər edə bilər” backend

Rusiya Ukraynaya qarşı müharibəyə daha bir milyona qədər əsgər səfərbər edə bilər.

Bu barədə Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kal bildirib.

Onun sözlərinə görə, 2022-ci ilin payızında 300 minə yaxın insan səfərbər edilib, onlardan bəziləri hələ də təlim keçir, bəziləri artıq döyüş meydanına göndərilib.

Kal deyir ki, Putin gələcəkdə dünyaya öz şərtləri ilə diktə edə bilsin deyə, hələlik döyüş meydanında qərar vermək və mümkün qədər çox üstünlük əldə etmək istəyir.

Almaniya kəşfiyyatının rəhbəri bildirib ki, Ukrayna ordusu hələ də özünü Rusiya Federasiyasının üstün qüvvələrinə qarşı effektiv şəkildə müdafiə edə bilir. Lakin uzunmüddətli perspektivdə Ukrayna tərəfinin uğuru Qərbin zəifləməyən dəstəyindən asılıdır.

BND rəhbəri bildirib ki, Rusiya ordusunun əsas diqqət mərkəzində olan Donbasa getdikcə daha çox rus qoşunu gəlir.

Mənbə: Redaktionsnetzwerk Deutschland

Diaspora