Rusların yeni taktikası: Budanov Baxmut yaxınlığındakı döyüşlərdən danışdı

Rusların yeni taktikası: Budanov Baxmut yaxınlığındakı döyüşlərdən danışdı backend

Baxmut yaxınlığındakı işğalçı qoşunlar taktikalarını dəyişirlər. Onlar döyüşə artilleriya və ya digər texnikanı deyil, piyadaları atırlar.

Qaziler.az bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

"Baxmutda fərqli taktikaya keçidi hamı görür. Uqledar bunun bariz nümunəsi idi. Baxmutda ümumiyyətlə,  piyadalardır. Onların artilleriyası ancaq dəstək verir. Orada bir neçə zirehli texnika var", - Budanov bildirib.

O əlavə edib ki, Uqledarda ruslar zirehli texnikanın köməyi ilə irəliləməyə cəhd ediblər. Lakin ilk saatlarda onlar ukraynalı hərbçilər tərəfindən məhv edilib. Daha sonra döyüşdə atıcı silahlardan istifadə edilib.

Bundan əlavə, Budanov Ukrayna və tərəfdaşlarının mərmi çatışmazlığı yaşadığını təsdiqləyib.

QAZİLER.AZ

 

Diaspora