Rusiyanın Krasnoyarsk şəhərində güclü yanğın - VİDEO

Rusiyanın Krasnoyarsk şəhərində güclü yanğın -  VİDEO backend

Rusiyanın Krasnoyarsk şəhərində bu gün, fevralın 22-də səhər saatlarında güclü yanğın başlayıb. İlkin məlumata görə, məişət texnikası olan anbar yanır.

Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə  Sibir.Realii  xəbər verir.

Şahidlərin bildirdiyinə görə, yanğının qara tüstüsü hadisə yerindən yüzlərlə metr uzaqdan görünür. Yerli vaxtla səhər saat 7:00-a olan məlumata görə, yanğınsöndürənlər alovun qarşısını ala bilməyiblər. Yanan anbarın ətrafındakı kvartal təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

QAZİLER.AZ

Diaspora