Ana və oğul xəstəxanaya yerləşdirilib
Malatyada Kahramanmaraşda baş verən zəlzələ zamanı 11-ci mərtəbədəki evləri ciddi ziyan görən və xəstəlik səbəbindən evdən çıxa bilməyən Güllü ana və oğlu 384 saatdan sonra xilasetmə qrupları tərəfindən çıxarılıb.
Yeşilyurt rayonu Bostanbaşı məhəlləsində 14 mərtəbəli mənzilin 11-ci mərtəbəsində oğlu Hanifi Akgünlə (70 yaş) yaşayan 90 yaşlı Güllü Akgün yaşadığı evdə dağıntılar altında qalıblar.
Güllü xanım yaşlı olduğuna görə evdən çıxa bilmədiyindən oğlu anasının yanında qalıb, ona qulluq edirmiş. Zəlzələnin nəticələrinin araşdırılması zamanı ciddi ziyan dəydiyi məlum olan binada yaşamağa davam edən ana və oğul Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürmə rəisi Mustafanın koordinasiya etdiyi 30 dəqiqəlik araşdırma nəticəsində xilas edilib. Ana və oğul xəstəxanaya yerləşdirilib.
QAZİLER.AZ