Zelenskidən Berluskoniyə cavab: "Yaxşı ki, Putinin tankı onun həyətinə girməyib"

Zelenskidən Berluskoniyə cavab: "Yaxşı ki, Putinin tankı onun həyətinə girməyib" backend

Prezident Vladimir Zelenski İtaliyanın keçmiş baş naziri və koalisiya partiyalarından birinin lideri Silvio Berluskoninin müharibəni dayandırmaq üçün onu Donbasa “hücum etməyi” dayandırmağa çağıran sözlərini kəskin şərh edib.

Qaziler.az-ın Ukrayna mətbuatına istinadən xəbəinə görə, bunu çərşənbə axşamı Kiyevdə Zelenski İtaliyanın baş naziri Ciorcia Meloni ilə birgə mətbuat konfransında deyib.

"Cənab Berluskoni... Onun evini hər gün bombalamırlar, Rusiya Federasiyasından olan dostu onun həyətinə tankla girmir, onun doğmalarını və yaxınlarını öldürmür. Mən düşünürəm ki, cənab Berluskoni bləkauta görə gecə saat 3-də oyanmır, paltar yumur, uşaqları üçün iki gün qabaq yemək bişirmir, çünki növbəti iki-üç gündə qardaş rus xalqının böyük sevgisinə görə işıq olmaya bilər, - deyə o vurğulayıb.

Ukrayna prezidenti vurğulayıb ki, o, “İtaliyada bunun heç vaxt baş verməməsini və heç kimin bunları yaşamamasını arzulayır, çünki bu, sadəcə böyük faciədir”.

QAZİLER.AZ

 

 

Diaspora