Çin o türk əsgərdən danışır - VİDEO

Çin o türk əsgərdən danışır - VİDEO backend

Türkiyə Milli Müdafiə Nazirliyinin paylaşdığı zəlzələ bölgəsində bir əsgərin çəkmələrini ayaqqabısı olmayan vətəndaşa verdiyi görüntülər Çində ən çox yayılmış internet platformalarında tez-tez paylaşılıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, yüz milyonlarla istifadəçisi olan "Baidu" və "Weixin" platformalarında paylaşılan xəbərlərdə hadisənin "fəlakətdən sonra ortaya çıxan ən təsirli səhnələrdən biri" olduğu vurğulanıb.

Nazirlik tərəfindən paylaşılan videodan götürülmüş ekran görüntüsündən istifadə edilən xəbərdə "Türk əsgəri ayaqqabısız sağ qalan zəlzələ qurbanı ilə qarşılaşıb. Həmin şəxsin hər iki tərəfi qarla örtülü yolda yalnız corab geyindiyini görən əsgər çəkmələrini çıxararaq ona verdi”, - ifadələrdən istifadə edilmişdir.

Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilir: 

“Mehmetçik gözünü qırpmadan bu millət və bu dövlət üçün canını verməyə and içib!

Bu səbəbdən də küçədə gördüyü vətəndaş ayağında ayaqqabı olmayanda öz çəkməsini ona verməkdən çəkinmir.

O, yaxşı bilir ki, ona verilən nə varsa onun əsl sahibi bu millətdir”.

QAZİLER.AZ

 

Diaspora