Bu haqda bələdiyyə sədri məlumat verdi
Sarıyerdə zəlzələlərdə həyatını itirənlər və 2011-ci ildə Vanda baş verən zəlzələ zamanı xeyriyyə könüllüsü olaraq gəldiyi Vanda vəfat edən Atsuşi Miyazakinin xatirəsinin anma mərasimi keçirilib. Sarıyer Bələdiyyə Başçısı Şükrü Gənc Meksikalı yardım qrupu ilə gəldiyi Adıyamanda çalışarkən həyatını itirən axtarış-xilasetmə iti "Proteo"nun heykəlinin parka qoyulacağını açıqlayıb.
Xatırladaq ki, fevral ayının 6-da Türkiyədə baş verən 7.6 və 7.7 bal gücündə 2 zəlzələdə dağıntılar altında qalmış insanların axtarış-xilasetmə işlərində bu gün də xüsusi təlim keçmiş itlərin köməyindən istifadə olunur.
Vəfalı dost adını qazanmış bu heyvanlar həmişə insanların köməyinə gəlib. Xilasetmə işlərində çəkilən fotolarda itlərin necə diqqətlə axtarışda iştirak etdikləri də əks olunub.
QAZİLER. AZ