Hətta sahibi gəlib nəyəsə toxunmayıb
Malatyada zəlzələ vaxtı şüşələri və qapısı qırılan optik mağazanın hazırkı durumu diqqətləri cəlb edir. Hər tərəf uçub dağılsa da mağazada eynəklər olan rəf dağılmayıb, demək olar ki, heç nə yerini dəyişməyib.
Mağazanın qarşısındakı binada yaşayan Ömər Faruk Çaparın dediyinə görə hər şey ilk gündəki kimi qalıb. Heç kim mağazaya daxil olub nəyəsə toxunmayıb. Hətta sahibi tək bir dəfə gəlib baxıb, gedib.
Ömərin bildirdiyinə görə oğurluq məqsədilə də heç kim gəlməyib mağazaya. Bu da insanların ürəyində hələ də o ağrının yaşadığına bir işarədir.
Xatırladaq ki, fevral ayının 6-da Türkiyədə episentri Kahramanmaraş olan 7.6 və 7.7 bal gücündə ard-arda 2 zəlzələ baş vermişdi. Ətraf vilayətlər, şəhərlər də zəlzələdən dağılmışdı. Hazırda yeraltı təkanlar tez-tez təkrarlanır.
QAZİLER. AZ