Kahramanmaraş mərkəzli zəlzələlərdə 42 min 310 nəfərin həyatını itirdiyi, 448 min 18 fəlakət qurbanının isə başqa vilayətlərə təxliyə edildiyi bildirilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, AFAD iki böyük zəlzələdə 42 min 310 adamın həyatını itirdiyini açıqlayıb.
Verilən açıqlamada Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbakır, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığ vilayətlərində ümumilikdə 448 min 18 fəlakət qurbanının bölgədən təxliyə edildiyi bildirilib.
QAZİLER.AZ