Türkiyədə zədələnmiş binalardan əşya almaq qadağan edildi

Türkiyədə zədələnmiş binalardan əşya almaq  qadağan edildi backend

Qaziantep valisi Davud Gül dünən axşam saatlarında Hatayda baş verən zəlzələdən sonra ciddi zədələnmiş binalardan əşyaların götürülməsinin dayandırıldığını açıqlayıb.

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Davud Gül sosial media hesabında açıqlama verib.

O, ciddi ziyan dəymiş binalardan hər hansı əşyanın götürülməsinin dayandırıldığını və dərhal söküləcək binalara girişin qadağan edildiyini bildirib və paylaşımında bu ifadələrə yer verib:

“Zəlzələ davam edir. Təcili söküləcək binalara giriş qadağandır. İkinci qərara qədər ciddi zərər dəymiş binalardan əşya götürmək, binaya  qısa müddətli də olsa giriş-çıxış tamamilə qadağandır”.

Qeyd edək ki, fevralın 20-si gecə Hatayda baş verən zəlzələ Qaziantepdə də hiss olunub.

QAZİLER.AZ

Diaspora