Türkiyədə zəlzələnin episentri olan Kahramanmaraşda ağır zərər dəyən binalardakı səhlənkarlıq işləri ortaya çıxıb.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, hazırda Kahramanmaraşda dağılmış və ağır zərər dəymiş binaların sökülməsi işləri gedir.
Sözügedən ərazidə araşdırma aparan səlahiyyətli şəxslər dağılan binalardakı ən böyük problemin beton divarlada həddindən artıq dəniz qumundan istifadə olunduğunu vurğulayıb.
“Yıxılan binalarda ən böyük problem dəmir armaturlar və beton xüsusiyyətləridir. Binaların konkret texniki quruluşu yoxdur. Betonların tərkibində dəniz qumundan həddindən artıq istifadə olunub. Dəmirləri əlimizə alanda qırılırlar. Dağıntıları əlimizlə, çəkiclə əzərək yığışdırırıq. İstifadə olunmayacaq dərəcədədirlər. Ona görə də bina 10 saniyəyə dağılıb”, - bu sözləri ərazidə araşdırma aparan inşaat mühəndisi Murat Fener qeyd edib.
QAZİLER.AZ