İbrahim Tatlısəs evlərini zəlzələdən zərərçəkənlərə verdi - VİDEO

İbrahim Tatlısəs evlərini zəlzələdən zərərçəkənlərə verdi - VİDEO backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisi Fuat Oktayın başlatdığı “Evim Yuvan olsun” kampaniyası çərçivəsində İbrahim Tatlısəs də evinin qapılarını zəlzələdən zərərçəkənlərə açıb.

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə müğənni instaqram hesabında video paylaşıb.

Videoda Tatlısəs Bodrumda yerləşən 5 evini zəlzələdən zərərçəkənlərlə paylaşdığını açıqlayıb. O, hətta digər imkanlı şəxslərə müraciət edərək bu kampaniyaya qatılmağa, evsiz qalanlara yardım etməyə çağırıb:

“Evim yuvan olsun kompaniyasına qoşuldum. İndi yaraları sarmaq zamanıdır. Mən də Bodrumdakı 5 evimi zəlzələdən əziyyət çəkənlərə açdım. İmkanınız varsa, siz də açın”.

QAZİLER.AZ
 

Diaspora