Bu gün baş verən 2 zəlzələ əhalidə təşviş yaratdı
Bir neçə saat əvvəl Hatayda baş verən 2 zəlzələ əhalini ciddi təşvişə salıb. Kahramanmaraşda baş verən zəlzələdən zərərçəkmişlər üçün qurulmuş çadırlara zərər dəyib.
Bu günki zəlzələdə Türkiyə sakinlərinə xəbərdarlıq olunub ki, dəniz ərazisinə, dənizə yaxın bölgələrə getməsinlər. Dəniz səviyyəsinin 50 sm qalxacağı gözlənilir.
Türkiyənin Fəlakətlərin İdarə Olunması İdarəsi (AFAD) Hatay vilayətində baş verən yeni zəlzələlərdən sonra dəniz səviyyəsinin qalxması riski ilə əlaqədar ölkə sakinlərinə sahil xəttinə yaxınlaşmamaq barədə xəbərdarlıq edib.
"Zəlzələlərdən sonra dəniz səviyyəsinin 50 santimetrə qədər qalxması riskini nəzərə alaraq, vətəndaşlarımızın sahil zolağından uzaq durması vacibdir", - AFAD bu haqda açıqlama yayıb.
İdarənin məlumatına görə, Hatay vilayətində üç dəqiqəlik fasilə ilə 6,4 və 5,8 bal gücündə iki zəlzələ baş verib.
Xatırladaq ki, daha əvvəl AFAD Türkiyə və Suriya sərhəddində 6,4 bal gücündə zəlzələ baş verdiyini bildirmişdi.
Xatırladaq ki, Türkiyədə 2023-cü il fevralın 6-da başlayan dağıdıcı zəlzələlər zamanı 41 156 nəfər həlak olub. Son 12 gün ərzində ölkədə altı mindən çox təkan baş verib ki, bu da ilk zəlzələnin nəticələrinə çevrilib.
QAZİLER.AX