Türkiyədə yenidən güclü zəlzələ olub, 6 nəfər ölüb - VİDEO-Yenilənib

Türkiyədə yenidən güclü zəlzələ olub, 6 nəfər ölüb - VİDEO-Yenilənib backend

Türkiyənin Hatay vilayətində baş verən zəlzələlər nəticəsində ölənlərin sayı altı nəfərə çatıb.

Məlumatı “Hurriyet” nəşri yayıb.

Qeyd olunub ki, baş vermiş iki zəlzələ nəticəsində 294 nəfər xəsarət alıb, 18 nəfərin vəziyyəti isə ağırdır.

Xatırladaq ki, Hatay vilayətinin Defne rayonunda fevralın 20-də saat 20:04-də 6,4 bal gücündə zəlzələdən sonra ən böyüyü 5,8 olmaqla 32 ardıcıl təkan baş verib. Bir neçə şəhərdə binalar uçub. Yeraltı təkanlar Yunanıstan, Misir, İsrail, Livan, Suriya və Kiprdə hiss olunub.

 

*****

22:58

Türkiyənin Hatay vilayətində baş verən zəlzələlər nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

"Samandağ və Defne rayonlarında dağıntılar var. Samandağda bir qadının başına daş düşüb. Dəfnədə 4 nəfər dağıntılar altında qalıb, 1 nəfər isə çıxarılıb. Axtarış işləri davam etdirilir", - Soylu qeyd edib.

Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib.

Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib.

Diaspora