Dağıntılar altından xəzinə dolu seyflər, qızıl külçələr, külli miqdarda pul tapılıb

Dağıntılar altından xəzinə dolu seyflər, qızıl külçələr, külli miqdarda pul tapılıb backend

Polis vətəndaşlara aid olan xəzinəyə nəzarət edir

Kahramanmaraşda tapılan polad seyflər, pul olan çantalar və qızıl-zinət əşyaları Onikişubat rayon polis şöbəsində saxlanılır.

Türkiyədə baş verən zəlzələlərdən sonra binaların dağıntıları altından çıxarılan 100 polad seyf, pul kisələri və qızıl-zinət əşyaları Onikişubat Rayon Polis Şöbəsinin anbarında və kameraların olduğu xüsusi otaqda saxlanılır.

Qeydiyyata alınanlar arasında 3 kiloqram qızıl külçələr də var. Əmanətlər seyfin və ya qiymətli əşyaların onlara məxsus olduğunu sübut edənlər vətəndaşlara verilir.

QAZİLER.AZ

Diaspora