“Təyyarədən dünşdüyümüz ilk saniyələrdən etibarən sadəcə minnətdarlıq və təşəkkür sözlərini eşitdik”.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu sözləri Ermənistana məxsus axtarış-xilasetmə qrupunun başçısı Yarbay Qari Armağanyan deyib.
Fevralın 17-də Ermənistana qayıdan xilasetmə qrupu paytaxt İrəvanda keçirilən mətbuat konfransında Türkiyə ilə bağlı təəssüratlarını paylaşıblar:
“Bizimlə çox yaxşı davrandılar. Dəstək olduğumuz və kömək etdiyimiz üçün bizə davamlı təşəkkür edirdilər. Təyyarədən endiyimiz ilk saniyədən etibarən minnətdarlıq və təşəkkür sözləri eşitdik”, - deyə qrup başçısı bildirib.
Qrupun digər üzvləri də Armağanyanın sözlərini təsdiqləyiblər.
Qeyd edək ki, Ermənistandan gedən axtarış-xilasetmə qrupu zəlzələdən zərərçəkən Adıyamana yönəldilmişdi. Qrup üzvləri təqribən bir həftəlik axtarış işləri zamanı dağıntılar altından 3 nəfəri xilas edə bilib.
QAZİLER.AZ