Batmanda Biznes Mərkəzində yanğın baş verib

Batmanda Biznes Mərkəzində yanğın baş verib backend

İkimərtəbəli mərkəzdə 5 mağaza yandı

Batmanda “Köhnə bazar” kimi tanınan "Şen" Biznes Mərkəzində günorta saatlarında Yusuf Alpın süngər və pambıq satılan 2 mərtəbəli mağazasında yanğın baş verib. Qısa müddətdə böyüyən alov daha 4 iş yerinə keçib. Hadisə yerinə yanğınsöndürənlər və tibb işçiləri cəlb olunub. Qubernator müavini Kadir Kılıç, VilayətTəhlükəsizlik Müdiri Koroğlu Kıraç və Bələdiyyə sədrinin müavini Müzəffər Özkan da bölgəyə gələrək məlumat alıblar. Briqadaların müdaxiləsi ilə yanğın söndürülüb; iş yerlərinə ciddi ziyan dəyib. 

QAZİLER.AZ

Diaspora