"O, araq xoşlayır? Biz göndərərik" - Zelenskidən Berluskoniyə CAVAB

"O, araq xoşlayır? Biz göndərərik" - Zelenskidən Berluskoniyə  CAVAB backend

Ykrayna Prezidenti Vladimir Zelenski İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin Ukraynadakı müharibə ilə bağlı qalmaqallı açıqlamalarına münasibət bildirib. 

Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, Zelenski bu sözləri İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, o, hazırkı baş nazir Corc Meloni ilə vəziyyəti müzakirə edəcək.

Ukrayna liderinin sözlərinə görə, o, Meloni ilə İtaliyanın Ukraynaya dəstəyini müzakirə edəcək. Bu söhbət İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin Ukrayna müharibəsi ilə bağlı kəskin hücumları fonunda baş tutacaq.

"Berluskoninin açıqlamalarını eşitdim. Onu şəxsən tanımıram. Amma bəlkə də ona nəsə göndərməliyik (Berluskoninin Putindən 20 butulka araq aldığını dediyi audioyazı nəzərdə tutulur - red.). O, arağı sevir? Bizdə əla keyfiyyətliləri var, istəsəniz göndərə bilərik" - deyə o, bildirib.

QAZİLER.AZ

 

Diaspora