AFAD könüllüsü qəzada həlak oldu

AFAD könüllüsü qəzada həlak oldu backend

O, Hatayda axtarış-xilasetmə əməliyyatından yeni dönübmüş

Türkiyədə fevralın 6-da episentri Kahramanmaraşda 7.6 və 7.7 bal gücündə 2 dəfə ardıcıl baş verən zəlzələdə on minlərlə insan dağıntılar altında qalmışdı. 

AFAD-a minlərlə könüllü üzvlərindən biri bu gün yol qəzasında həlak olub. Beləki, 1985-ci il təvəllüdlü Yıldırım Demir Antalyada Karaman körpüsünün üzərində idarə etdiyi motosikletlə qəzaya düşüb. 

Hadisə yerinə polis və təcili yardım xidmətinin həkimləri çağırılıb. Lakin həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.

Yıldırım Demir fevralın 6-dan könüllü olaraq Hatayda zəlzələnin dağıntıları altından sakinlərin çıxarılmasında iştirak edib. Bir neçə günlüyə evinə baş çəkməyə geri dönübmüş. 

QAZİLER.AZ

Diaspora