FHN Kahramanmaraşda daha 3 ünvanda növbəti çadır şəhərcikləri qurub-FOTO

FHN Kahramanmaraşda daha 3 ünvanda növbəti çadır şəhərcikləri qurub-FOTO backend

Çadırlarda yaşayış üçün şərait yaradılıb

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən qardaş ölkəyə göndərilmiş çadırların Nazirliyin qüvvələri tərəfindən qurulması prosesi həyata keçirilir.

QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, FHN-in qüvvələri tərəfindən Kahramanmaraş rayonunda yerləşən daha 3 müxtəlif ünvanda növbəti çadır şəhərcikləri salınıb. Çadırlarda yaşayan insanlar üçün lazımi şərait yaradılıb, o cümlədən mobil səhra mətbəxi qurularaq qida təminatı təşkil olunub

Diaspora