Kümbet bölgəsi ciddi dağıntılara məruz qalıb
Kahramanmaraşda baş verən zəlzələdən dağıntılara məruz qalan Elbistan vilayətinin ciddi ziyan dəyən Kümbet bölgəsi pilotsuz təyyarə ilə havadan təftiş edilib. Məlum olub ki, zibillərin daşınması aparılan ərazidə çoxlu binalar uçub.
QAZİLER.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kahramanmaraşın Pazarcık bölgəsində baş verən 7,7 bal gücündə zəlzələdən sonra 7,6 bal gücündə ikinci zəlzələdə Elbistanda çoxlu bina dağılıb. Dağıntılar altında qalan xeyli insan həlak olub. Bölgənin ən çox zərər görən yerlərindən biri olan Kümbet Məhəlləsi dron kamerası ilə havadan çəkilib. Çəkilişdən zəlzələnin ağır fəsadları aydın görünüb.
QAZİLER.AZ