Axtarış-xilasetmə tədbirləri davam edir
Kahramanmaraşda və yaxın 10 vilayətdə axtarış xilasetmə əməliyyatları davam etdirilir. Bu gün də dağıntılar altından sağ çıxarılan vətəndaşlar olur.
Türkiyənin vitse-prezidenti Fuat Oktay ölkə mətbuatına açıqlamasında davam edən axtarış-xilasetmə əməliyyatlarından danışıb. Hazırda iki yüzə yaxın dağılmış binanın yerində əməliyyat aparıldığını bildirib.
Oktayın sözlərinə görə, 2023-cü il fevralın 6-da baş vermiş dağıdıcı zəlzələdən zərərçəkmiş on vilayətin hamısında xilasetmə işləri aparılır. Türkiyə hakimiyyət orqanları artıq təbii fəlakət zonasında yerləşən 597 mindən çox binaya baxış keçirib və məlum olub ki, onlardan 75 mini ya tamamilə dağılıb, ya da yeraltı təkanlar zamanı ciddi ziyan görüb.
Türkiyənin vitse-prezidenti həmçinin bildirib ki, ən çox zərərçəkmiş əyalətlərdən 374,3 min nəfər çıxarılıb. Təxminən 35 min xilasedici fəlakət bölgəsində işlərini davam etdirir, hələ də sağ qalanları çıxara bilirlər.
Türkiyə mətbuatının verdiyi xəbərə görə, fevralın 17-də Elazığda 4.7 bal gücündə zəlzələ baş verib.
QAZİLER.AZ