Dağıntılar altından tapılan qiymətli əşyaların taleyi necə olacaq?!

Dağıntılar altından tapılan qiymətli əşyaların taleyi necə olacaq?! backend

Prokurorluğa istinadən məlumat verilib

Kahramanmaraşda baş verən və 11 vilayətə ciddi zərər vuran zəlzələdə binaların dağıntıları altından insanlarla yanaşı, həmçinin qiymətli ziynət əşyaları, pul da tapılıb. 

Bəs, görəsən hələlik sahibi aşkarlanmayan bu qiymətli əşyaların taleyi necə olacaq? Bu suallara ölkə mətbuatı prokurorluğa istinadən məlumat verib ki, tapılan qiymətli əşyalar, pul əskinazları haqqında məlumat verilmək şərtiylə məhkəməyə təqdim olunacaq. Əşyaların sahibi məlum olduqda qaytarılacaq, həlak olubsa vərəsələrinə veriləcək. Sahibi tapılmayan qiymətli əşyalar isə dövlət xəzinəsinə təhvil veriləcək.

QAZİLER.AZ

Diaspora