AFAD məlumat yaydı: hər kəs qeydiyyatdan keçməlidir

AFAD məlumat yaydı: hər kəs qeydiyyatdan keçməlidir backend

Bu qeydiyyata əsasən vətəndaşın ünvanı təyin olunur

Kahramanmaraşda baş verən dəhşətli zəlzələdə yaxın 11 vilayətə ciddi zərər dəydi. Bölgələrdə dəymiş zərərin qiyməti hesablanır. Bəzi yerlərdə artıq hesablanma bitib. Hesablanma bitən ərazilərdə təmizləmə işləri aparılır.

Dağıntılar altından çıxarılan vətəndaşların yerləşdirilməsi həmçinin evləri zədələnmiş vətəndaşların köçürülməsi məqsədilə dövlət səviyyəsində artıq tədbirlər görülməyə başlanılıb. Beləki, AFAD-dan verilən son məlumata görə evləri dağılan və eyni zamanda evləri zədələnən sakinlər Əmək və Əhalinin Sosial Təminat Nazirliyinin müvafiq səhifəsində elektron ərizəylə müraciət edib qeydiyyatdan keçməlidirlər.

Bu qeydiyyat onların ünvanını təyin etməyə imkan yaradır. Bununla belə ev kirayə verən icarədarlar da bu qeydiyyatdan keçməlidirlər. Məlumat verdiyimiz kimi zəlzələ baş verən gün bölgələrdən vətəndaşların yerləşdirilməsinə iş adamları ilə yanaşı, həm də sadə camaat çox böyük köməklik göstərdilər. 

QAZİLER.AZ

 

Diaspora