Adıyamanda kənd camaatı evlərini tərk edərək kəndi boşaltdılar

Adıyamanda kənd camaatı evlərini tərk edərək kəndi boşaltdılar backend

Aksu və Recep kəndləri təhlükəli vəziyyətdədi

Zəlzələdən sonra Adıyamandan köçənlərin ilk ünvanları əsasən ətraf rayonlarda tanış olduqları kəndlərdir. Əmlakını saxlaya bilənlər ya kənddəki qohumlarına sığınır, ya da bu kəndlərdə bir mərtəbəli ev kirayələyib qısa müddətə məskunlaşırlar.

Ancaq hazırda iki fərqli vəziyyət var. Adıyamanın bəzi kəndləri zəlzələdən ciddi ziyan görüb. Malatya yolunun üzərindəki dağların yamaclarında salınan kəndlərdə, məsələn, Aksu və Recep kəndlərində bu zəlzələ nəticəsində bir çox ev xarabalığa çevrilib, onlarla sakin həlak olub. Bu iki kənddə yaşayanlar ölkə mediasına öz çıxılmaz durumlarından bəhs edərək bildiriblər ki, bizim dərdimiz ağırdı, biz dövlətdən məskunlaşmaq üçün təhlükəsiz yer, yeni kənd sala biləcəyimiz ərazi istəyirik.

QAZİLER.AZ Türkiyə mətbuatına istinadən bildirir ki, artıq dəfn prosedurlarının tamamlandığı bu kəndlərdə həyat dayanıb. Kəndlilərin əksəriyyəti yaxınlıqdakı şəhərlərdə qohumlarının yanına köçüb. Rəcəb kənd sakini  Mehmet Can  son vəziyyəti belə izah edir: “Böyük bir fəlakət yaşadıq. Bu bizim əzabımızdır. Nəhəng daşlar yolları dağıdıb. Evlərimiz uçub dağıldı. Artıq kənddən hamı demək olar ki, köçüb. Kənddə 3-4 nəfər adam qalıb ki, bəlkə səlahiyyətli nümayəndələrdən kimsə gəlsə, qarşısına çıxıb dərdimizi anlatsın, istəyimizi dövlətə çatdırsın."

QAZİLER.AZ

Diaspora