Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Ukrayna qoşunları Baxmutdan (Donetsk vilayəti) geri çəkilsələr, yeni Baxmut başqa şəhər olacaq.
Qaziler.az bildirir ki, Dmitri Kuleba bunu öz müsahibəsində deyib.
"Müdafiə qurbanlarının çox olduğunu iddia edənlər unutmasınlar: geri çəkilsək, yeni Baxmut başqa bir şəhərə çevriləcək. Buna görə də əsgərlərimiz hər kvadrat santimetr torpaq uğrunda vuruşurlar", - Kuleba bildirib.
O, Ukrayna qüvvələrinin Baxmutu saxlayacaqlarına əmin olduğunu bildirib.
Həmçinin, nazirin sözlərinə görə, Rusiya Federasiyasının yeni hücumu artıq başlayıb və işğalçılar yaza qədər döyüşlərin intensivliyini artırmağı planlaşdırırlar.
"Amma onların planı baş tutmayacaq. Onların dediklərinə qalsa Baxmutu çoxdan fəth etməli idilər", - Kuleba deyib.
QAZİLER.AZ