Rəcəb Tayyib Ərdoğan Aleyna Ölmezin yaxınlarıyla telefonda danışdı

Rəcəb Tayyib Ərdoğan Aleyna Ölmezin yaxınlarıyla telefonda danışdı backend

248 saatdan sonra xilas edilən Aleynanın valideynləri həlak olub

Episentri Kahramanmaraş olan zəlzələdə dağıntılar altında qalmış insanların axtarış-xilasetmə əməliyyatları davam edir. Zaman keçdikcə sağ tapılanların sayı get-gedə azalır. 

Lakin bəzən möcüzələr də baş verir. Günlərlə ac-susuz qalan körpələr bu möcüzənin ən böyük sübutlarıdır. Bir də 248 saatdan sonra dağıntılar arasından çıxarılan Aleyna Ölməz var...

Aleynanın anası Bigül Ölmez və atası Çingiz Ölməz zəlzələdə həlak olublar. Bu gün Receb Tayyip Ərdoğan,  248 saatdan sonra xilas olunan Aleynanın yaxınları ilə telefonda danışıb. Aleynanın valideynlərinin həlak olmasına görə doğmalarına başsağlığı verib. Artıq bundan sonra xalası Gülər Dumana əmanət olunacaq Aleyna üçün dövlət tərəfindən nə kömək lazımdırsa, göstəriləcək, deyə, Ərdoğan bildirib.

QAZİLER.AZ

Diaspora