"Rus işğalçıları əvvəllər dəfələrlə proqnozlaşdırdıqları Ukraynada yeni hücuma başladılar".
Qaziler.az bildirir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski BBC-yə müsahibəsində deyib.
"Rusiyalılar artıq bir neçə istiqamətdə hücuma keçiblər", - deyə Zelenski bildirib.
Dövlət başçısının sözlərinə görə, Ukrayna hərbçiləri əks-hücum etmək imkanı yaranana qədər Rusiyanın hücumuna müqavimət göstərə biləcək. Lakin bununla yanaşı, Qərb daha çox hərbi yardım göstərməlidir.
"Əlbəttə, müasir silahlar sülhün irəliləyişini sürətləndirir. Silah Rusiyanın yeganə anladığı dildir", - Zelenski əlavə edib.
QAZİLER.AZ